Bu yazını oxuyursunuzsa, demək ki, sizin də ən böyük arzularınızdan biri səyahət etməyin faydaları ilə tanış olmaq, yeni yerlər kəşf etmək, yeni mədəniyyətlərlə tanış olmaq və macəralar yaşamaqdır.
Sadaladığımız bu şeylər bizə həyatımız boyu heç düşünmədiyimiz qədər fərqli və unudulmaz təcrübələr yaşamağımıza imkan verir. Nə qədər çox sərhəd keçərsənsə, həyat təcrübən və özünə qatdığın yeni şeylər daha çox olur. Amma insanlar bəzən yeni sərhədləri aşmaq bir yana, öz ölkəsində belə yeni təcrübələrə açıq olmur. Çünki insan üçün ən böyük sərhədləri çəkən elə özüdür. Təbii ki, bunun da müxtəlif səbəbləri ola bilər: maddi məsələlər, ailəmiz, ətrafımızla olan münasibətlər, iş həyatımız və digər səbəblər. Bəzənsə sadəcə qorxu və ya tənbəllik. Amma həyatın bu xaotik və stressli döngüsündən baş çıxarmaq, bir az da olsa dərdlərdən, problemlərdən uzaqlaşmaq üçün səyahət etməyin faydaları çox böyükdür.
Niyə səyahət etməliyik? Səyahət etməyin faydaları nədir?
Gəzmək hər şeydən öncə sağlamlıqdır. Amma bu yazıda gəzməyin fiziki və zehni sağlamlığa təsirlərindən deyil, səyahət etməyin faydaları olaraq həyatımıza qatdığı digər üstünlüklərdən danışacağıq.
İnsan məlumatı hiss üzvləri vasitəsilə əldə edir. Gözlə gördüklərimiz ən güclü təcrübədir. Davamlı eyni yerlərə getmək, eyni yollarla evə qayıtmaq konfortlu və təhlükəsiz görünə bilər. Lakin bu, bizi monotonluğa çəkir. Yeni yollar kəşf etmək, fərqli yeməkləri dadmaq və yeni yerlər görmək bizi monotonluqdan çıxarıb, həyatdan daha çox zövq almağımıza səbəb olur. Kəşf etməli o qədər yer, o qədər tarixi məkan, coğrafi gözəlliklər var ki!
Yeni şeylər yoxlamaq yeni xatirələr toplamağınıza kömək edir. Hər səyahət həyatınıza fərqli bir ləzzət qatır və yaddaşınızda dəyərli anlar yaradır. Üstəlik, fərqli ölkələrə, mədəniyyətlərə və insanlara tanış olmaq insanı daha çox öyrənməyə və təcrübə qazanmağa sövq edir.
Sən də bir qərar verməlisən. Həyatdan görə biləcəklərini görmək, bir insan ömrünə sığdıra biləcəyin qədər çox xatirə toplamaq və səyahət etməyin faydaları ilə dolu həyat yaşamaq üçün ilk addımı atmalısan.
Yeni xatirələr toplamağa qərar vermisənsə, yola bizimlə başlaya bilərsən. İlk addımlarını bizimlə birlikdə ata bilərsən.
Kəşf et, anı yaşa, xatirələrdə görüşərik! 😊