Məzmuna keçin Yan panelə keçin Altbilgiyə keçin

İlk dəfə kamp etmək istəyənlər üçün məsləhətlər

İlk dəfə kamp edənlər üçün məsləhətlər

Həyatınızda heç tez-tez kamp edənləri görüb “Mən də bir dəfə kamp etməliyəm!” deyib, sonra “Bəs haradan başlayacağımı bilmirəm axı” deyə düşünmüsünüzmü? Narahat olmayın, siz tək deyilsiniz! İlk dəfə kamp edərkən bir az gərgin olmaq normaldır, çünki bir qədər təhlükəli səyahət növü kimi görünə bilər. Amma bu məqaləni oxuduqdan sonra siz də bu səyahətdə yeni bir addım atmağa hazır olacaqsınız. Hər kəs yeni bir şeyə ilk addımla başlayır.

Macəranızı planlayın

Macəranınızı planlayın deyərkən, həm kamp yerini, həm də kamp etmək üçün ayırdığınız zamanı planlamağı nəzərdə tuturuq. İlk təcrübələr unudulmur. Buna görə də əlinizdən gəldiyi qədər səyahətinizi yaxşı planlamalısınız. Kamp yerini seçərkən o ərazidə təhlükəli heyvanların olub-olmadığını araşdırın. Əlbəttə ki, zövqünüzə uyğun olan da bir yer seçməlisiniz. Bəziləri göl kənarı, bəziləri ağacların arasında sakit bir yer, bəziləri də açıqlıq sevə bilər. Bu, sizin öz seçiminizə qalıb. Ancaq seçim edərkən kamp yerinin icazəsini və ordakı qaydaları öyrənin.

Çadırınızı hazır edin

Çadırınız kampdakı evinizdir. Kampda gözlənizməz sürprizlərlə qarşılaşmayasınız deyə çadırınızın keyfiyyətli olmasına diqqət edin. Əgər yeni almısınızsa və ya kirayələmisinizsə səyahətə çıxmazdan əvvəl bir dəfə quraşdırın. Rahat yuxu üçün tulum və mat da almalısınız. Əks halda sizə rahat yuxu yoxdu 😴

Kampda aşpazlıq

Kampda yemək hazırlamaq səyahətin ən əyləncəli hissələrindən biridir. Yeməyinizi rahat hazırlamaq üçün əvvəlcə tez və rahat hazırlanan yeməklər seçmək lazımdır. Bunun üçün yüngül və quru qidalar seçmək daha çox məsləhət görülür. Bişirmək üçün özünüzlə portativ bir ocaq götürə və ya ocaqdan istifadə edə bilərsiniz. Amma ocaq qalayarkən diqqətli olmaq lazımdır ki, özünüzə və ətrafa zərər verməyəsiniz. Əgər bunlarla özünüzü yormaq istəmirsinizsə, konservləşdirilmiş qidalardan da istifadə edə bilərsiniz. Ən vacib məslələrdən biri isə içməli sudur. Özünüzlə bol su götürün. Hər bir halda su təmizləyici aparat və vasitələrdən götürməyinizi də məsləhət görürük. 

Kampa uyğun geyimlər

Qabaqcadan havanın necə olacağını araşdırın. Hava şəraitinə uyğun geyimlər seçin. Bir az qəribə səslənsə də kələm kimi qat-qat geyimlər kamplarda həm rahat olur, həm də istəyə uyğun soyunub-geyinməyə imkan verir 🧦 Rahat və su keçirməz ayaqqabılar seçməyə diqqət edin!

Təhlükəsizlik tədbirləri

Kamp etməyə gedərkən ilk yardım çantası mütləq olmalıdır. Balaca bir kəsik və ya baş ağrısı belə əyləncənizi poza bilər. Səyahətçinin çantasında olması gərəkən hər şeyi götürdüyünüzdən əmin olun. 

Kompas, xəritə və ya GPS cihazınızı da götürün. Getdiyiniz yerdə şəbəkə olmaya bilər. Evinizdə qayıda bilmək üçün hər bir ehtimalı nəzərə almalısınız. 

Təbiəti qoruyun

Kampın əsas qaydalarından biri də ətrafı təmiz saxlamaqdır. Ətrafı tullantılarla çirkləndirməmək üçün özünüzlə mütləq çöp torbaları götürün və çöplərinizi toplayın. Hələ gələcək nəsillər də kamplar edəcək axı 😇

Əylənmək, öyrənmək, şəkil çəkmək

Kampa gedərkən kitablar, masa oyunları, musiqi alətləri və əlbəttə ki, fotoaparatınızı götürməyi unutmayın. Çoxlu yeni xatirələr toplayın və onları dostlarınızla bölüşün ki, onları da yeni macəralara  cəlb edə biləsiniz 🤗

Təcrübəli dostlar

İlk dəfə kamp edirsinizsə, təcrübəli dostlarınızla getmək sizin üçün çox faydalı ola bilər. Əgər istəsəniz onları sizinlə getməyə dəvət edə bilərsiniz. Onlar sizə həm kömək edər, həm də birlikdə əylənmiş olarsınız. 

Kamp etmək təbiətlə bir olmağın, gündəlik həyatdan uzaqlaşmağın və əsl macəra yaşamağın ən gözəl yollarından biridir. Sizə də heç vaxt unutmayacağınız bir kamp təcrübəsi yaşamağınızı diləyirik. Xoş səyahətlər! 🥰

SƏN HƏLƏ MƏNİ OXUMAMISAN: Tək səyahət etməyin faydaları