Məzmuna keçin Yan panelə keçin Altbilgiyə keçin

Azərbaycanın ən gözəl rayonları

Azərbaycanın ən gözəl rayonları

Dünyanı gəzmək istəyirsinizsə buna yaşadığınız yerin fərqli və gözəl məkanlarına səyahət etməklə başlaya bilərsiniz. İnsanı ölkə xaricindəki yeni yerləri görməyə, sərhədləri aşmağa  həvəsləndirən şeylərdən biri yaşadığı yerdə görməyə, gəzməyə, əylənməyə artıq başqa şeylər tapmamasıdır. “Bəs hara gedim?” deyirsinizsə bu yazımızda sizə Azərbaycanın ən gözəl, gəzməkdən doya bilməyəciniz rayonları haqqında danışacağıq. Əslində hər bir rayonumuzun özünəməxsus gözəlliyi var. Hər birində passiv və ya aktiv istirahət üçün zövqünüzə uyğun məkanlar və fəaliyyətlər tapa bilərsiniz. Qeyd edək ki, bu yazımızda rayonlardakı xüsusi gəzməli və ya görməli yerlər haqqında danışmayacağıq. Bu haqda oxumaq üçün saytımızdakı bloq səhifəsini nəzərdən keçirin. Hər biri haqqında ayrıca geniş məlumat tapa bilərsiniz. Bu yazıda daha çox ümumi məlumat verəcəyik.

Qax

Qax öz möhtəşəm təbiət mənzərələri ilə səyahətçilərini sehrləyir. Qafqaz dağlarının ətəklərində yerləşən Qaxın ətrafını dağlar, meşələr və çaylar əhatə edir. Təbiəti sevənlər üçün inanılmaz bir yerdir. Şəhərin yaxınlığında olan İlisu şəlaləsi ziyarətçilərin xüsusi diqqətini cəlb edir. Mütləq görmək lazımdır.

Şəki

Öz tarixi keçmişi və mədəniyyəti ilə sizi ovsunlayacaq. Həm təbiəti, həm də tarixi “Xan Sarayı” ən məşhur yeridir. Hər il çoxsaylı turistlərin gəzib heyran olduğu bir bölgədir.

Zaqatala

Azərbaycanın şimal-qərbində, Qanıx- Əyriçay vadisində yerləşir. Ərazisinin təxminən yarısı meşələrlə örtülüdür. Zəngin təiəti sizi canlı və təbiətin bir hissəsi olduğunuzu hiss etdirəcək.

Qusar

Azərbaycanın şimal rayonlarındandır. Bu rayon ən çox Laza kəndi və eyniadlı şəlaləsi ilə məşhurdur. Laza kəndi Qafqaz dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242 metr yüksəklikdə yerləşən “Şah yaylaq” dağının ətəyində yerləşir.

Quba

Böyük Qafqaz dağlarının şimal-şərqində yerləşir. Bura Azərbaycanın ən yüksəkdə yerləşən yaşayış məskəni olan Xınalıq kəndi ilə məşhurdur. Məlumatlara görə bu ad kəndə gün çıxan zaman qarşısındakı dağda əmələ gələn rəngə görə verilib. Gedib görmək, hətta qalmaq sizə əsl kənd  həyatının ləzzətini yaşadacaq.

İsmayıllı

Daha çox Qaranohur gölü və Lahıc qəsəbəsi ilə tanınır. Yol boyunca təbiətin yaşıl meşəliklərə heyran olacaqsınız. Lahıcın tarixi yolları isə sizi keçmişə səyahət etdirəcək.

Qəbələ

Tarixi keçmişə malik  bir şəhərdir. Uzun müddət Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Şəhər və ətrafında tunc dövrünün mərhələlərinə aid kurqan qəbirlərə rast gəlinir. Böyük Qafqazın ən yüksək zirvələri olan Tufandağ,  Bazardüzü, Bazaryurd və Yan silsilədə  Şahdağ zirvələri Qəbələnin şimal sərhədlərində yerləşir.

Lənkəran

Cənub bölgəsinin ən böyük şəhəri olan Lənkəran Xanbulanı ilə məşhurdur. Cənuba səyahət etmək istəyənlərin ağlına ilk gələn yerlərdən biridir. Bura öz təbiəti ilə görənləri valeh edir.

Lerik

Talış silsilə dağlarının əhatəsində yerləşən Lerikin ərazisi yaşıl bitki örtüyü ilə zəngindir. Azərbaycanın uzunömürlülərinin məhz burda yaşamış olması təsadüfə oxşamır. Bura həmçinin də  turizm obyekləri ilə zəngindir. İstədiyiniz kimi istirahət üçün hər cür şərait tapa bilərsiniz.

Son olaraq:

Azərbaycan başdan başa gözəlliklər diyarıdır. Hər biri haqqında bir neçə cümlə kifayət etməz. Yazmaqla bitməyən bu gözəllikləri mütləq görməniz lazımdır. Hər daşı başdaş-başa möcüzə olan Qarabağ bölgəsi, tarixi Naxçıvan və adını çəkmədiyimiz bütün bölgələrimiz haqqında ayrı-ayrılıqda və daha geniş yazılarımız olacaq. Hər birində gəzməli və görməli yerləri izləmədə qalaraq öyrənə, həmçinin turlarımıza qoşularaq canlı-canlı görə bilərsiniz.

Gəlin birlikdə öyrənək, gəzək, görək və doya-doya yaşadım deyə bilək.

SƏN HƏLƏ MƏNİ OXUMAMISAN: Səyahət çantasında nə olmalıdır?